Belçika millisinin müdafiəçisi Yan Vertongen Almaniyada təşkil edilən Avropa çempionatının 1/8 finalında Fransa seçməsindən aldıqları məğlubiyyətdən sonra (0:1) yığma karyerasının bitirib.
Fanat.Az xəbər verir ki, sözügedən yığmanın rəsmi "X" hesabında bu barədə paylaşım edilib:
"Sən məşqlərdə və oyunlarda əsl "qırmızı şeytan"ın nə demək olduğunu bizə göstərmisən. Sənin üçün darıxacağıq, Yan!"
Qeyd edək ki, Belçika millisində 2007-ci Vertongen yığma forması ilə 157 matça çıxaraq 10 qol vurub.
Nihat