XXI əsrdə Breytveyt kimisi olmamışdı

XXI əsrdə Breytveyt kimisi olmamışdı

"Mançester Siti"nin gənc müdafiəçi Kaden Breytveyt klubun tarixinə düşüb.

Fanat.Az "Rising Stars"a istinadən xəbər verir ki, o, XXI əsrdə Mançester təmsilçisində oynayan ən gənc futbolçu olub.

Sentyabrın 24-də İngiltərə Liqa Kubokunun 1/16 finalında "Uotford" komandası ilə oyunda debüt edən futbolçu meydana çıxarkən 16 yaş 229 günündə olub.

Qarşılaşmanın start heyətində yer alan Kaden həm də klubun tarixində meydana çıxan üçüncü ən gənc futbolçudur.

Qeyd edək ki, görüşdə "Mançester Siti" "Uotford"u 2:1 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər