Bədii qiraətçi Xəzər Süleymanlının Fanat.Az-a müsahibəsi.
- Şahmat oynaya bilirsən?
- Şahmat xüsusi istedad tələb edən zəka oyunudu. Təəsüflər olsun ki, mən bu xüsusi istedada malik olacaq qədər şanslı olmamışam. Amma şeir deməklə mat edə bilmək bacarığım var.
- Heç ata aid şeir demisən?
- Atları çox sevirəm, ancaq onlara şeir deyəcək qədər yox… Amma at çapmağı da sevirəm. - Səncə top oynatmaq asandı, yoxsa söz oynatmaq?
- İkisi də qılınc oynatmaqdan yaxşıdı.
- İki eşşəyin arpasını bölə bilmədikləri halda, idman sahəsində işləyənlərin ədəbiyyatda ağır atletika idmançılarından fərqi nədir?
- Ortada iki eşşək söhbəti varsa, o qədər də fərq olmamalıdı, məncə…
- Səncə, şair Aqşin Evrən hansı idman növü ilə məşğul olsaydı, maraqlı olardı?
- Sənə bir sirr verim, amma heç kimə demə. Aqşin Evrən uşaq vaxtı buzüstü hokkeylə məşğul olub, özü də ciddi şəkildə. Hələ Şirvandan bir neçə nəfər şəxsən mənə deyib ki, Aqşin gələcəkdə çox ciddi, perspektivli hokkey ustası ola bilərmiş. Son dönəmlərə qədər Aqşin özü də bu barədə ciddi düşünürmüş. "Balaca xanım” şeirini yazandan sonra hokkeydən əli soyuyub. - Uzağı görməyin yaxşıdı, yoxsa uzağa nizə atmağın? - Uzağı yaxşı görsəydim, yəqin ki, hər ikisi yaxşı olardı. - Azarkeşi olduğun futbol klubu? - Hardasa 20 ilə yaxındı ki, eşqdən canımda bir pünhan mərəz var- "Milan”…
Elçin Aslangil
Fanat.Az