Xavidən Ronaldo barədə ŞOK SÖZLƏR

Xavidən Ronaldo barədə ŞOK SÖZLƏR
Birləşmiş Ərəb Əmirliklərinin "Əl Saad" kubunda çıxış edən Xavi Hernandes yerli mətbuata açıqlama verib. Fanat.az xəbər verir ki, "Barselona"nın sabiq üzvü Lionel Messi-Kriştiano Ronaldo rəqabətinə münasibət bildirib.
"Futbolda iki önəmli nöqtə var: fiziki güc və ağıl. Ronaldo fiziki cəhətdən çox güclü futbolçudu. Amma fiziki gücü ilə yanaşı, həm də ağıllı insandı. Bu da onu daha yaxşı edir".
Xavi "El Klasiko" rəqabəti barədə də danışıb: "El Klasiko"da "Real"ın bir çox yaxşı futbolçusu ilə qarşılaşmışam. Braziliyalı Ronaldo, Zinəddin Zidan, Luiş Fiqo, Fernando Hierro, Roberto Karlos bunlardan bəzilərdi. Son dönəmlərə baxanda Kriştiano Ronaldo və Məsut Öizilin adını çəkə bilərəm. Amma bunların arasında ən çox yaddaşımda qalan braziliyalı Ronaldo və Zinəddin Zidan olub".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər