"Barselona"nın baş məşqçisi Xavi bu mövsüm La Liqada hələ bir dəqiqə də meydanda olmayan Jerar Pike ilə bağlı duruma aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, bu gün "Valyadolid"lə keşiriləcək oyunöncəsi mətbuat konfransında o, təcrübəli müdafiəçinin komandadakı rolu barədə danışıb:
"Mən hələ tətilə getməzdən əvvəl Jerarla danışdım. Onunla açıq söhbət etdim. Müdafiəni gücləndirəcəyimizi və bunun onun üçün asan olmayacağını söylədim. Dedim ki, başqa bir rolda bizə kömək edə bilər.
Təkcə Pike yox, hər kəs üçün rəqabət var. Oyunlarda qalib gəlmək üçün ən yaxşıları seçib meydana buraxmağa çalışıram".
Qeyd edək ki, "Barselona" ilk iki turda 4 xal toplayıb və hazırda 6-cı yerdə qərarlaşıb.
Mirağa