Xavidən 2023 vədi: "Kuboklar qazanacağıq"

Xavidən 2023 vədi: "Kuboklar qazanacağıq"

"Barselona"nın baş məşqçisi Xavi komandasının gələn il kuboklar qazanacağını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 42 yaşlı çalışdırıcı "El Mundo Deportivo"ya danışıb: 

“Mən pozitivəm. Düşünürəm ki, düzgün yoldayıq, sadəcə vaxt lazımdır. 2023-cü ildə biz mütləq nələrsə qazanacağıq. Gəlin gözləyək. La Liqada yaxşı gedirik. Çempionlar Liqasının ən çətin qrupunda mübarizə apardıq. Uğur qazana bilməsək, oyun planı baxımından biz il ərzində inkişaf etmişik. Baxmayaraq ki, bu, gözlədiyimizdən azdır. Sakitliyimizi qorumaq və işləməyə davam etmək lazımdır”.

Qeyd edək ki, "Barselona" 12 oyundan sonra 31 xalla La Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Real Madrid” 32 xalla liderdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər