Xaqani Məmmədov günahkarı mətbuatda axtarır

Xaqani Məmmədov günahkarı mətbuatda axtarır
"Bəzi mətbuat işçiləri məqsədli yazırlar. Əliyar Ağayev bir səhv edib deyə, hamı onun üstünə düşüb. Amma əvvəl hamı tərifləyirdi". Fanat.az xəbər verir ki, bu sözləri Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Məmmədov "Neftçi" - "Qəbələ" oyununda kobud səhvə yol verən hakimi müdafiə edib: "Əliyar Ağayevin avrokubok oyununda aldığı qiymət onun səviyyəsini göstərir. Klub məşqçiləri mövsümün əvvəlində rəhbərliyə çempionluq vəd edirlər. Bu alınmayanda isə hakimlərin üstünə düşürlər. Bəzi KİV nümayəndələrinə etirazım var. Qərəzli mövqe nümayiş etdirirlər. Bəzi şərhçilər oyunları yaxşı şərh edir. Ancaq qaydaları bilmədikləri üçün səhvə yol verirlər".
Komitə sədri hakimlərin iclasından sonra keçirilən mətbuat konfransında onları tənqid edənlərə qarşı ittihamlar səsləndirib: “Bəzi dırnaqarası mütəxəssislər bizi “vurmağa” çalışırlar. 10-15 il əvvəl baş verən hadisələr yoxdu. Həmin zaman özbaşınalıq və sifariş var idi. İndi isə rüşvət və belə hallar yoxdu. Bəzən səhvlər olur və bu səhvlər bilərəkdən edilmir. 2008-ci ildə ölkəmizdə hakim yox idi. İndiki FİFA referilərimizi uşaq futbolundan yığıb gətirmişəm. Gördüyümüz işlər göz qabağındadı. Düzdü, çatışmazlıqlarımız var və yenə olacaq. İndi rüşvət yoxdu, ancaq muzdla yazı yazanlar var. Nəhəng “Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində milyonlar itirdi. Təbii ki, hakim səhvinə görə”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər