I divizionun 24-cü turuna gün keçiriləcək 3 oyunla start veriləcək. Fanat.az xəbər verir ki, həmin görüşlər üçün təyinatlar açıqlanıb.
Premyer Liqa hakimlərindən İnqilab Məmmədov bu gün aşağı liqada fit çalacaq. O, lider "Neftçala"nın "Ağsu" ilə ev oyununu idarə edəcək.
29 aprel
14.30 Qaradağ Lökbatan - Zaqatala
Hakimlər: Hacıəli Ağayev, Nahid Əliyev, Elçin Əsədov, Vüsal Əliyev.
Hakim-inspektor: Namiq Qasımov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu (CBC Sport, canlı).
15.00 Neftçala - Ağsu
Hakimlər: İnqilab Məmmədov, Teymur Teymurov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Azad Mütəllimov.
Binə qəsəbə stadionu.
16.30 MOİK - Turan Tovuz
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Elxan Əsgərzadə, Elxan Müslümov.
Hakim-inspektor: Səfər Haşımov.
“Bakı”nın təlim-məşq bazasının stadionu (CBC Sport, canlı).
Fanat.az