Almaniya millisinin və "Bayern Münhen"in yarımmüdafiəçisi Tomas Müllerin xanımı Liza Müller həyat yoldaşını sosial şəbəkə hesablarından çıxarıb.
Fanat.Az-ın məlumatına görə, Liza Tomasla birgə olduqları fotoların da əksəriyyətini silib.
Qeyd edək ki, cütlük 15 ildir evlidir. 34 yaşlı Liza peşəkar çapardır. Ailənin Münhendən 30 kilometr aralıda yerləşən Otterfinqdə at ferması var.
Nihat