Vüsal oynamadı, komandası qalib gəldi

Vüsal oynamadı, komandası qalib gəldi

Bu gün Türkiyə I Liqasında 25-ci turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda "Tuzlaspor" qarşılaşmadan qalib ayrılıb - 1:0.

Vüsal İsgəndərli bu qarşılaşmada oynamayıb. Onun adı görüşün iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, 25 turdan sonra 34 xal toplayan "Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər