TFF I Liqanın son turunda oynanılan "Ankaragücü - "Keçiörengücü" matçında maraqlı mənzərə yaşanıb.
Fanat.Az xəbər verir ki, zədəli futbolçuya müdaxilə etmək üçün meydana daxil olan meydan sahibi komandanın həkimi sarı vərəqə alıb.
Həmyerlimiz Vüsal İsgəndərlinin iştirakçısı olduğu oyunun 70-ci dəqiqəsində zədəli futbolçuya müdaxilə etmək üçün meydana daxil olmaq istəyən "Ankaragücü"nün tibb işçisi ilə matçın baş hakimi Emre Karğın arasında mübahisə düşüb.
Nəticədə Emre Karğın həkimə sarı vərəqə göstərib.
Qeyd edək ki, İsgəndərlinin komandası səfər oyununda 1:2 hesabı ilə uduzub.
Mirağa