Vurğun Hüseynovun zədəsi sağalır - AÇIQLAMA

Vurğun Hüseynovun zədəsi sağalır - AÇIQLAMA

"Sumqayıt"ın zədəli futbolçusu Vurğun Hüseynovdan xəbər var. 

"Gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Rəşad Məmmədov Fanat.Az-a açıqlamasında kapitanın dünəndən fərdi məşqlərə başladığını bildirib. 

Klub rəsmisi komandanın "Şamaxı" ilə oyuna hazırlığından da bəhs edib: "Ümumi vəziyyət normaldır. Zədəsi sağalan Stiven Pereyra da artıq komandaya qoşulub. Heyətlə birlikdə məşq edir. Hazırda tək zələlimiz Vurğundur". 

Qeyd edək ki, 12 fevral tarixində Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Şamaxı" matçı 17:30-da start götürəcək.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər