"Vüqar Həşimov" Nicat Abbasovun komandasına qarşı

"Vüqar Həşimov" Nicat Abbasovun komandasına qarşı

Şimali Makedoniyanın Struqa şəhərində şahmat üzrə klublararası Avropa Kuboku turniri davam edir.

Fanat.Az xəbər verir ki, bu gün turnirdə dördüncü turun qarşılaşmaları keçiriləcək. Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu tur çərçivəsində heyətində Nicat Abbasovun da yer aldığı İspaniyanın "Silla" kollektivi ilə üz-üzə gələcək.

Xatırladaq ki, ilk iki turda müvafiq olaraq İrlandiyanın "Qonzaqa" və Moldovanın "Perfekt" komandalarını böyük hesabla üstələyən təmsilçimiz  üçüncü görüşündə İsrailin "Beer Şeva" klubuna 2:4 uduzub.

Hesabında 4 xal olan "Vüqar Həşimov" yarış cədvəlində 7-ci sırada qərarlaşıb. Hər üç qarşılaşmanı qalib başa vuran "Silla" isə ilk "beşliy"i qapayır. 

Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət Avropa Kubokuna sentyabrın 24-də yekun vurulacaq. Turnirin mükafat fondu 44 min avrodur.

Klublararası Avropa Kuboku IV tur

"Silla" (İspaniya) - "Vüqar Həşimov" (Azərbaycan)  Anton Korobov - Rauf Məmmədov  Aleksey Şirov - Kiril Şevçenko Nicat Abbasov - Vüqar Əsədli Xayme Santos - Aydın Süleymanlı Alvar Alonso - Ülvi Sadıqov Lans Henderson - Əhməd Əhmədzadə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər