Rusiya ÇSKA-sının yarımmüdafiəçisi Nikola Vlaşiç (Nikola Vlasic) karyerasını İngiltərənin "Vest Hem" klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Vlaşiç klubla 5 illik müqavilə imzalayıb. Anlaşmaya əsasən, 23 yaşlı futbolçu illik 4 milyon avro maaş alacaq.
Xatırladaq ki, futbolçu daha öncə də İngiltərə Premyer Liqasında çıxış edib. O, 2017-2019-cu illərdə "Everton"un şərəfini qoruyub.
Emin Şəmsiyev