Vladimir Putin ortaq idman yarışları yaratmağı təklif etdi

Vladimir Putin ortaq idman yarışları yaratmağı təklif etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) nəzdində idman assosiasiyaları yaratmağı təklif edib.

Fanat.Az xəbər verir ki, "TASS" agentliyi  dövlət başçısının bu barədə dediklərini belə çatdırıb:

“Görünür, ŞƏT-in himayəsi altında böyük idman tədbirlərinin keçirilməsi üçün yaxşı imkanlar var. Bunun üçün də assosiasiyamızla idman qurumlarının birliyibi yaratmaq barədə düşünə bilərdik".

Qeyd edək ki, təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan kimi ölkələr daxildir. Bu il müşahidəçi qismində Əfqanıstan, Belarus, İran və Monqolustan çıxış edir. Tərəfdaş ölkələr isə Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər