Vinisius azarkeşlərdən üzr istədi

Vinisius azarkeşlərdən üzr istədi

Braziliya millisinin hücumçusu Vinisius dünya çempionatının seçmə mərhələsində Paraqvaya məğlubiyyətə (0:1) görə azarkeşlərdən üzr istəyib. Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsip Romano braziliyalı azarkeşlər tərəfindən tənqidə və təzyiqə məruz qalan forvardın fikirlərini belə çatdırıb:   “Avropada futbol buradakından daha sürətlidir. İstənilən halda, qalib gəlmək üçün daha yaxşı oynamalıyıq.  Azarkeşlərdən üzr istəyirəm. Bilirəm ki, bu çətin andır, amma biz geri qayıdacağıq”. Qeyd edək ki, Braziliya cari seçmə mərhələdə 3 qələbə qazanıb, 1 heç-heçə edib və 4 görüşdə məğlub olub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər