Vildanı qovub yerinə qadın köməkçisini təyin etdilər

Vildanı qovub yerinə qadın köməkçisini təyin etdilər

İspaniya Kral Futbol Federasiyası ölkənin qadınlardan ibarət milli komandasının baş məşqçisi Xorxe Vildanı postundan uzaqlaşdırıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yığma Vildanın köməkçisi Monse Tomeyə tapşırılıb. 

Tome sözügedən seçmənin tarixində ilk qadın baş məşqçi olub.

Qeyd edək ki, İspaniya seçməsi son dünya çempionatının qalibidir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər