"Viktoriya"nın sahibi: "Özümdə deyiləm"

"Viktoriya"nın sahibi: "Özümdə deyiləm"

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə "Qarabağ"a Plzen şəhərində 2:1 hesabı ilə qalib gələn Çexiyanın "Viktoriya" klubunun sahibi Adolf Şadek "Premier Sport 2" telekanala müsahibə verib.

Fanat.Az xəbər verir ki, dünən Sofiya adlı qız övladı dünyaya gələn iş adamı ikiqat sevinc içərisində olduğunu bildirib:

"Emosional olaraq özümdə deyiləm. Əvvəl ölü idim, sonra yarı ölü oldum, indi isə diriyəm. Futbolçulara bunu dərk etdiklərinə görə minnətdaram. Deməliyəm ki, mənim üçün heç vaxt bitməyəcək bir gün oldu. Dördüncü dəfə Çempionlar Liqasına yüksəldik. Bu, futbolçularımız üçün çox şey deməkdir. Üstəlik, qızım günorta saatlarında dünyaya gəldi. Ona rəmzi olaraq, Viktoriya adını qoymağım uyğun olmazdı.

Ofisdə tək idim, oyuna baxanda 7-8 dəfə tullanmışam. Uşaqlara inanırdım, amma rəqibin səviyyəsi ikinci qolu vurmağımıza imkan vermirdi. Bu halla daxilən mübarizə aparırdım. Səhərdən məndə çətin gün idi. Uşaqların sayəsində son 20 dəqiqədə rəqibə nəfəs almağa imkan vermədik".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər