"Viktoriya" ilə cavab oyununa da bilet qalmadı

"Viktoriya" ilə cavab oyununa da bilet qalmadı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada “Viktoriya Plzen" və “Qarabağ” arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, biletlər satışa çıxarıldıqdan cəmi bir neçə saat sonra tükənib. Klubun mətbuat xidməti bir neçə dəqiqə öncə bütün biletlərin satıldığını bəyan edib.

Ən ucuz biletlərin qiymətinin 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlərin isə 1490 kronu (təxminən 105 manat) olduğu bildirilir.

Avqustun 23-də 11 700 azarkeş tutumuna malik “Dusan Arena”da baş tutacaq qarşılaşma saat 23:00-da başlayacaq. Bu komandalar arasındakı ilk matç sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər