"Mançester Yunayted"in qapıçısı Viktor Valdesin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, sabiq "Barselona"lı karyerasını Belçikada davam etdirəcək.
Belə ki, Valdes "Standard" klubuna keçib. Belçika təmsilçisi ispan qapıçını mövsümün sonunadək icarəyə götürüb.
Qeyd edək ki, Viktor Valdes "Barselona"nın yetirməsidi. 34 yaşlı qolkiper 1995-2015-ci illərdə Kataloniya klubunda forma geyinib.
Fanat.az