Vasif Durarbəyli Kubada dördüncüdür

Vasif Durarbəyli Kubada dördüncüdür

Kubanın paytaxtı Havanada şahmat üzrə sayca 55-ci "Kapablanka Memorialı"  keçirilir.

Fanat.Az xəbər verir ki, yarışın əsas turnirində iştirak edən azərbaycanlı qrossmeyster Vasif Durarbəyli ilk turda kubalı Yasser Perez Quesada ilə heç-heçə oynayıb. Ardınca Daniel Karlos Kabreranı (Kuba) məğlub edən V.Durarbəyli 3-cü turda daha bir kubalı şahmatçı Omar Quintana ilə xalı yarı bölüb. 

Bu nəticələrdən sonra 30 yaşlı şahmatçımız 10 iştirakçı arasında 4-cü pillədə yer alıb. O, növbəti görüşünü bu gün ABŞ-dan olan Hans Niemanna qarşı keçirəcək.

Qeyd edək ki, turnirdə ümumilikdə 6 ölkə - Kuba, Azərbaycan, ABŞ, Argentina, Hindistan və Türkiyə şahmatçıları iştirak edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər