Vardinin həyat yoldaşı Runinin xanımına 1,5 milyon ödəyəcək

Vardinin həyat yoldaşı Runinin xanımına 1,5 milyon ödəyəcək

“Lester”in hücumçusu Ceymi Vardinin həyat yoldaşı Rebekka Vardi “Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runinin həyat yoldaşı Kollin Runiyə böhtan atdığı üçün 1,5 milyon funt sterlinq (təxminən 1,7 milyon avro) ödəməyə məcbur edilib.

Fanat.Az xəbər verir ki, informasiya "The Guardian"a məxsusdur.

2019-cu ilin oktyabr ayında Kolin Runi Rebekka Vardini mətbuata onun barədə şəxsi məlumatlar sızdırmaqda ittiham etmişdi. Rebekka isə bu səbəbdən məhkəməyə müraciət etmişdi. Məhkəmə isə məhz Rebekkanın günahkar olduğunu müəyyən edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər