Van Qal məşqçi karyerasını başa vurdu

Van Qal məşqçi karyerasını başa vurdu

"Mançester Yunayted"in sabiq çalışdırıcısı Lui van Qal baş məşqçi karyerasını başa vurmağa qərar verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 65 yaşlı mütəxəssisin özü məlumat verib:

"Ötən il məşqçilik karyeramı başa vuracağımı söyləmişdim. Sonra qərarımı dəyişdim və uzun istirahətə çıxdım. Ancaq daha məşqçiliyə qayıdacağımı düşünmürəm".

Ötən ay oğlu dünyasını dəyişən  van Qal bu qərarı verməsində ailəsinin böyük rolu oynadığını bildirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər