Hollandiya millisində baş məşqçi Danni Blindin köməkçisi işləyən Ruud van Nistelrooy gözlənilməz qərar qəbul edib. Fanat.az xəbər verir ki, veteran futbolçu müqaviləsinin sonunda yığmadan ayrılmaq qərarına gəlib.
Bu barədə Hollandiya Futbol Federasiyası məlumat yayıb. Məlumatda bildirilir ki, van Nistelrooy iyul ayında başa çatacaq müqaviləsini uzatmamaq qərarına gəlib.
Milli komandada 2 il əvvəl Quus Hiddinkin köməkçisi olaraq fəaliyyətə başlayan 39 yaşlı veteran futbolçunun gələn mövsümdən PSV-nin futbol akademiyasında işə başlayacağı bildirilir.
Qeyd edək ki, karyerasına "Den Boş"da başlayan van Nistelrooy "Heerenveen" və PSV-də oynadıqdan sonra "Mançester Yunayted", "Real" və "Hamburq" formasını geyinib.
Fanat.az