Van der Sar xəstəxanaya yerləşdirildi

Van der Sar xəstəxanaya yerləşdirildi

Niderland millisinin və "Ayaks"ın sabiq qapıçısı Edvin van der Sar xəstəxanaya yerləşdirilib.

Fanat.Az xəbər verir ki, bu barədə “Ayaks”ın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, veteran qolkiperin beyninə qan sızıb. Hazırda reanimasiyada müalicə alan van der Sarın vəziyyətinin sabit olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, Edvin van der Sar karyerası ərzində İtaliyanın "Yuventus", İngiltərənin "Fulhem" və "Mançester Yunayted" klublarında da çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər