FİFA-nın texniki inkişaf üzrə direktoru Marko van Basten futbolda radikal dəyişikliklərin vacib olduğunu düşünür. Fanat.Az xəbər verir ki, “Milan”ın və Hollandiya yığmasının sabiq forvardı sarı vərəqələrin ləğv edilməsinin tərəfdarıdı.
Almaniyanın “Bild” nəşri hollandın “sarı” əvəzinə hokkeydə olduğu kimi, müvəqqəti kənarlaşdırmanı uyğun saydığını və bu ideyanın həyata keçirilməsi üçün əlindən gələni etməyə hazırlaşdığını yazıb.
Van Bastenin radikal ideyaları bununla tükənmir. O, həm də futbolda oyundankənar vəziyyətin işə yaramadığını düşünür.
Qeyd edək ki, 1988-ci ildə Avropa çempionu olan, 3 dəfə "Qızıl topa" sahib çıxan FİFA rəsmisinin işi məhz yeniliklər haqda düşünmək, ideyalar verməkdi.
Fanat.Az