Uruqvay millisinin sabiq müdafiəçisi Martin Kaseresin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını ABŞ-da davam etdirəcək. Arxa xətt oyunçusu MLS təmsilçisi “Los Anceles Qalaksi” ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu yeni klubu ilə bu ilin 31 dekabr tarixinədək müqavilə bağlayıb. Tərəflərin müqavilənin müddətini daha 1 il müddətinə artırması da nəzərdə tutulub.
Kaseres son olaraq İspaniyanın “Levante” klubunun formasını geyinib. O, 2022-ci ilin yanvar ayında qoşulduğu klubu bu yay azad agent qismində tərk edib.
Qeyd edək ki, Kaseres Uruqvay millisində də 114 oyuna çıxaraq 4 qol vurub.
Nihat