Uruqvay millisinin yarımmüdafiəçisi Madrid klubundan gedir

Uruqvay millisinin yarımmüdafiəçisi Madrid klubundan gedir
"Arsenal"ın yarımmüdafiəçisi Lukas Torreyra bu qış icarə əsasında formasını geyindiyi "Atletiko"nu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, AS nəşri Torreyranın oyun praktikasından əziyyət çəkdiyi komandada qalmaq istəmədiyini yazıb. Yenidən London klubuna dönərək başqa kluba icarəyə yollanmaq istəyən uruqvaylının yeni müştərisi də var. "Monako" mövsümün qalan bölümündə sözügedən futbolçunun xidmətindən istifadə etmək üçün artıq "topçular"a müraciət də edib.
Qeyd edək ki, 2018-ci ildən "Arsenal"da olan Torreyra həmin ildən Uruqvay millisinə çağırılır. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər