“Qarabağ”dan ayrılan Çumbinyo karyerasını Yunanıstanda davam etdirəcək. Fanat.az yerli mətbuata istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Atromitos”a qayıdıb.
Bu kluba azad agent kimi keçən Çumbinyo 1 il 6 aylıq müqaviləyə qol çəkib. Bu isə o deməkdi ki, “sambaçı” 2017-ci ilin yayına qədər “Atromitos”un formasını geyinəcək.
Qeyd edək ki, 2013-cü ildə “Qarabağ”a keçməmişdən öncə Çumbinyonun son klubu məhz “Atromitos” olmuşdu. Təcrübəli futbolçunun həmin vaxt transfer hüququ “Olimpiakos”a məxsus olsa da, 2012/2013 mövsümünü icarə əsasənda məhz hazırkı komandasında keçirmişdi.
Fanat.az