Uels millisindən böyük qazanc - 16 milyon avro

Uels millisindən böyük qazanc - 16 milyon avro
Avropa çempionatında yarımfinala çıxan Uels millisi özündən söz etdirir. Tarixində ilk dəfə qatıldığı turnirin 4 ən güclüsündən birinə çevirilən Britaniya təmsilçisi təkcə idman uğurları ilə yox, maddi qazancı ilə də gündəmdədi.
Belə ki, Uels millisi Avropa çempionatının yarımfilına çıxmaqla 16 milyon avro qazanıb. Bu ölkə futbol tarixinin ən böyük qazancıdı. Belə ki, Uels Futbol Federasiyasının ötən ilki qazancı cəmi 24 min avro olub. Amma milli komanda artıq bu turnirdə ondan 666 dəfə artıq qazanc əldə edib.
Bu son məbləğ deyil. Belə ki, Uels Portuqaliya səddini keçsə, finalçıya veriləcək 4 milyona da sahib çıxacaq. Çempion komanda isə əlavə 8 milyon avro əldə edəcək. Beləliklə, Uels Avropa çempionu olsa 24, gümüş medallara sahib çıxsa 20 milyon avro qazanc əldə edəcək.
Qeyd edək ki, Uels Futbol Federsiyasının komanda üçün müəyyənləşdirdiyi çempionluq mükafatı cəmi 150 min avrodu. Bu isə turnirə qatılan komandalar arasında ən aşağı mükafat fondu hesabı olunur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər