Uels - Danimarka matçının ən yaxşı bilindi

Uels - Danimarka matçının ən yaxşı bilindi
AÇ-2020-nin 1/8 çərçivəsində baş tutan Uels - Danimarka matçının ən yaxşı futbolçusu bəlli olub. 
Fanat.Az xəbər verir ki, Danimarka yığmasının hücumçusu Kasper Dolberq bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Danimarka yığmasının ilk iki qolunu da məhz Dolberq vurub.
 
Qeyd edək ki, Uels - Danimarka matçı 0:4 hesabıyla başa çatıb. Nəticədə danimarkalılar AÇ-də ilk 1/4 finalçı olublar.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər