U-21 seçmə mərhələdəki rəqiblərini nə vaxt tanıyacaq?

U-21 seçmə mərhələdəki rəqiblərini nə vaxt tanıyacaq?

Dekabrın 11-də 21 yaşadək futbolçular arasında AÇ-2021-in püşkatma mərasimi baş tutacaq.

 

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirin səbətləri və püşkatma prosedurunun detalları açıqlanıb.

Mərasim Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Seçmə mərhələdə 53 komanda iştirak edəcək. Final mərhələsinin ev sahibləri Macarıstan və Sloveniya bu raunddan azaddı.

53 yığma püşkdən əvvəl 6 səbətə bölünüb. A, B, C, D və E səbətlərində 9, ən zəiflərin yer aldığı F səbətində 8 komanda yer alıb.

Azərbaycan millisinin də rəqibləri püşkatmada bəlli olacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız E səbətində qərarlaşıb.

Püşk komandaları 9 qrupa böləcək. Onların səkkizində 6, birində 5 komanda mübarizə aparacaq.

AVRO-2021-in seçmə mərhələsinin səbətləri

 

A səbəti:Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Danimarka, Fransa, İtaliya, Serbiya, Xorvatiya;

B səbəti:Avstriya, İsveç, Belçika, Slovakiya, Polşa, Rumıniya, Çexiya, Hollandiya, İsrail;

C səbəti:Yunanıstan, Ukrayna, Norveç, Rusiya, Türkiyə, İslandiya, Uels, İsveçrə, Monteneqro;

D səbəti:Bolqarıstan, Finlandiya, İrlandiya, Gürcüstan, Kosovo, Şotlandiya, Makedoniya, Belarus, Bosniya H.;

E səbəti:Ş.İrlandiya, Albaniya, Moldova, Litva, Qazaxıstan, Latviya, Azərbaycan, Ermənistan, Kipr;

F səbəti:Lüksemburq, Malta, Estoniya, Farer a., Cəbəllütariq, Andorra, San-Marino, Lixtenşteyn.

 

Püşkatma zamanı İspaniya ilə Cəbəllütariq, Kosovo ilə Serbiya eyni qrupa düşə bilməz. Münaqişəli digər ölkələr eyni səbətlərdə yer aldığından onları ayırmağa ehtiyac olmayıb.

Seçmə mərhələdə qrup qalibi olan 9 komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yer sahibi olanlardan yalnız ikisi pley-offa yüksələcək və sonuncu vəsiqə üçün mübarizə aparacaq. Ən yaxşı qrup ikinciləri ilk 5 yerin oyunlarında göstərilən nəticələrlə müəyyənləşəcək. Yəni 6 komandalı qrupun sonuncu yerin sahibi ilə matçlar müqayisə zamanı nəzərə alınmayacaq.

Artıq seçmə mərhələnin oyunlarının keçiriləcəyi tarixlər də bəllidi. Rəşad Sadıqovun komandası bu tarixlərdə matçlara çıxacaq:

Oyun günləri

18–20 mart 2019 3–11 iyun 2019 2–10 sentyabr 2019 7–15 oktyabr 2019 11–19 noyabr 2019 23–31 mart 2020 31 avqust–8 sentyabr 2020 5–13 oktyabr 2020 Pley-off: 9–17 noyabr 2020

 

 

 

Qeyd edək ki, Avropa çempionatının 12 komandalı final mərhələsi 2021-ci ilin iyun ayında keçiriləcək.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər