Tyerri Anrinin yeni iş yeri müəyyənləşdi

Tyerri Anrinin yeni iş yeri müəyyənləşdi

Tanınmış fransız futbolçusu Tyerri Anri yeni vəzifəyə təyin edilib.

Fanat.Az xəbər verir ki, "Arsenal" və "Barselona" klublarının sabiq futbolçusu Belçika milli komandasının baş məşqçisi Roberto Martinesin köməkçisi olub.

O, eyni zamanda "Sky Sports" telekanalında ekspert kimi də işini davam etdirəcək. 

Qeyd edək ki, Anri futbolçu karyerası ərzində "Monako", "Yuventus", "Arsenal", "Barselona" və "Nyu York Red Bulls" klublarında çıxış edib, Fransa millisində keçirdiyi 123 oyunda 51 qol vurub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər