Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

"Çelsi"nin müdafiəçisi Tyaqo Silva cari mövsümün sonunda sabiq komandasına transfer olacağı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, məlumatı "Globo" yayıb.

Xəbərə görə,  "Fluminense" təcrübəli futbolçu ilə razılığa gəlib. Tərəflər 2 illik müqaviləni razılaşdırıblar. 39 yaşlı mərkəz müdafiəçisi mövsüm başa çatdıqdan sonra yeni klubunun düşərgəsinə üz tutacaq.

Beləliklə, 2006-2008-ci illərdə "Fluminense"də çıxış edən Silva 16 ildən sonra keçmiş komandasına qayıdacaq.

Qeyd edək ki, 2020-ci ildən "Çelsi"nin şərəfini qoruyan Silva cari mövsüm 34 matçda meydana çıxıb. O, bu görüşlərdə 4 qol vurub.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər