Tuxel İngiltərəyə qayıdır

Tuxel İngiltərəyə qayıdır

"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel karyerasını yenidən İngiltərədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Xəbərə görə, alman mütəxəssis "Mançester Yunayted"i çalışdıra bilər. "Qırmızı şeytanlar"ın rəhbərliyi Tuxeli Erik ten Haqın yerinə gətirmək istəyir. 

Klubun yeni sahibləri mövsümün sonunda ten Haqla bağlı qərar verəcəyi gözlənilir.

Tuxel "Bayern"dən qovulacağı təqdirdə, İngiltərəyə qayıtmağa hazırdır. O, əvvəllər "Çelsi"ni çalışdırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər