Tuxel "Bayern"dən ayrılmaq qərarını şərh etdi

Tuxel "Bayern"dən ayrılmaq qərarını şərh etdi

"Bayern Münhen"nın baş məşqçisi Tomas Tuxel mövsümün sonunda postunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, o, bu barədə rəsmi saytına danışıb. 

“Biz bu mövsümün sonunda əməkdaşlığımızı dayandıracağıq. Belə razılaşdıq. O vaxta qədər məşqçilər korpusum və mən, maksimum uğur qazanmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”.

Xatırladaq ki, Bundesliqada Münhen komandası ilə lider "Bayer Leverkuzen" arasında ötən həftəsonu xal fərqi 8-ə yüksəlib. 

Tuxelin adı "Barselona"nın baş məşqçi postu ilə hallanır. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər