Tuğrul oynadı, "Fortuna" xal itirdi

Tuğrul oynadı, "Fortuna" xal itirdi
Almaniya Qərb Regional Liqasında XXXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi "Fortuna"nın 23 yaşlıları doğma meydanda "Verl" ilə qarşılaşıb. 
Matç heç-heçə başa çatıb - 1:1. Erat bu matçın ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 43 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər