Almaniya Qərb Regional Liqasında XXXV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası "Fortuna" (U-23) səfərdə "Alemanniya" ilə qarşılaşıb.
Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1. Erat start heyətdə çıxdığı bu matçın sonunadək meydanda olub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 50 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.
Fanat.az