İtaliyanın "Torino" klubunun texniki direktoru Davide Vanyatti "Atalanta"nın və Rusiya millisinin futbolçusu Aleksey Mirançuku heyətə qatacaqlarını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, Turin təmsilçisinin rəsmisi championat.com-a açıqlamasında belə danışıb:
"Bəli, biz Mirançukla müqavilə bağlayacağıq. Onu sonradan transfer hüquqularına yiyələnmək şərti ilə icarəyə götürəcəyik".
Qeyd edək ki, Mirançuk "Atalanta"ya 2020-ci ilin payızında Moskva "Lokomotiv"indən transfer olunmuşdu.
Nihat