"Turan Tovuz"dan yeni transfer

"Turan Tovuz"dan yeni transfer

"Turan Tovuz" klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Fanat.Az Tovuz təmsilçisinin rəsmi "Fcebook" səhifəsinə istinadən xəbər verir ki, nigeriyalı Henri Okebuqvu ilə 1 illik müqavilə imzalanıb.

24 yaşlı yarımmüdafiəçi Albaniyanın “Eqnatiya”, “Partizani” və “Kastrioti” klublarında çıxış edib.

Qeyd edək ki, Henri Okebuqvu Nigeriyanın aşağı yaş qrupları üzrə milli komandalarının da formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər