Tunis millisi Levandovskini ümidləndirib: "Fransa favoritdir, amma..."

Tunis millisi Levandovskini ümidləndirib: "Fransa favoritdir, amma..."

Polşa millisinin hücumçusu Robert Levandovski DÇ-2022-nin 1/8 finalında keçirəcəkləri matçdan - Fransa ilə oyundan danışıb.

Fanat.Az  xəbər verir ki, "RMC Sport" ulduz hücumçunun dediklərini belə çatdırıb:

"Fransa favoritdir. Onlara problem yaratmaq istəyiriksə, "artırmalı", hücumda daha effektli olmalıyıq. Rəqib əla komandadır. Ancaq onların Tunislə oyunu (0:1) göstərdi ki, hər şey mümkündür. 

Bu, bizim üçün böyük çağırışdır. Şansımızdan istifadə etməyə çalışmalı, sonadək mübarizə aparmalıyıq. Fransa son çempionudur və bu mundialda növbəti titulunu qazana bilər. Polşanı belə çətin sınaq gözləyirsə, deməli, Fransa ilə görüşdə Argentinaya qarşı oynadığımızdan üstün futbol sərgiləməliyik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər