Gürcüstan yığmasının yeni baş məşqçisinin adı açıqlanıb. Fanat.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyası bu postu slovakiyalı Vladimir Vayssa tapşırıb.
51 yaşlı mütəxəssislə "DÇ-2018"in seçmə tsiklinin sonunadək müqavilə bağlanıb. Mütəxəssis bu postda Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Tsxadadzeni əvəzləyib.
Qeyd edək ki, Vladimir Vayss baş məşqçi karyerası ərzində "Petrjalka" (Slovakiya), "Saturn" (Rusiya), "Slovan" (Bratislava, Slovakiya) və "Kayrat" (Qazaxıstan) klublarında çalışıb. Onun ən böyük uğuru "Petrjelka" ilə Çempionlar Liqasına (2005/2006) və Slovakiya yığması ilə dünya çempionatına (2008) vəsiqə qazanması olub.
Fanat.az