"Traktorsazi" ən prinsipial oyuna çıxacaq

"Traktorsazi" ən prinsipial oyuna çıxacaq
İran çempionatında III turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Traktorsazi" sabah prinsipial oyuna çıxacaq. Belə ki, Təbriz klubu əzəli rəqivb "İstiqlal"la qarşılaşacaq. 
Tehrandakı "Azadi" stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 20.30-da başlayacaq. Görüşü "GünAz TV" canlı yayımlayacaq.
Qeyd edək ki, "Traktorsazi" 2 turdan sonra 2 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Eyni xalı olan "İstiqlal" isə 9-cu yeri tutur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər