İran çempionatında 23-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor” da növbəti matçına çıxıb.
Təbrizlilər öz meydanında "Sanat Naft”la 1:1 hesablı heç-heçə edib.
Təbrizin digər təmsilçisi "Maşinsazi” isə bu turda "Naft MİS” komandasının qonağı olacaq.
Hazırda 29 xalı olan "Traktor” 16 kollektiv arasında 7-ci, 11 xala malik "Maşinsazi” isə sonuncudur.
Fanat.Az