"Traktor" Tehran klubunu Təbrizdən "əliboş" göndərdi

"Traktor" Tehran klubunu Təbrizdən "əliboş" göndərdi
İran çempionatında II tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" bu turda "Persepolis"i (Tehran) qəbul edib. İlk turda bir xala razılaşan Təbriz klubu bu dəfə qələbəyə sevinib - 1:0. Yeganə qola ilk yarının əlavə vaxtında Ehsan Haysafi imza atıb.
Qeyd edək ki, "Traktor" 2 turdan sonra 4 xalla turnir cədvəlinin 3-6-cı pillələrini bölüşür. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər