Tovuzda futnet turniri

Tovuzda futnet turniri

Tovuzda ilk dəfə olaraq futnet üzrə turnir keçiriləcək. Fanat.Az xəbər verir ki, artıq yarışa hazırlıq başa çatmaq üzrədir. 

Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş yarış Tovuz Olimpiya İdman Kompleksində may ayının 13-14-də baş tutacaq. 

Azərbaycan Futnet Asossiasiyasının yeni yaranmasına və bu idman növünün yeni-yeni tanınmasına baxmayaraq yarışa maraq olduqca böyükdür.   

Qeyd edək ki, yarışın təşkilatçıları Futnet Federasiyasının qərb bölgəsi üzrə nümayəndələri Nofəl Əzizov, veteran futbolçu Ruslan Abbasov və Tovuz Rayon Gənclər İdman İdarəsidir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər