İtaliyanın və "Roma"nın əfsanəsi Françesko Totti karyerasının sonunun Kriştianu Ronaldunun yaşadıqlarına bənzədiyini bildirib.
Fanat.Az xəbər verir ki, 46 yaşlı veteran futbolçu bu barədə "Be.Pi" TV kanalına danışıb.
"Zirvədə olduğunuz zaman kənara çəkilməyin necə hiss olduğunu bilirəm. Ronaldunun son aylarına baxanda öz təcrübəmi yenidən yaşadığımı hiss edirəm. Məncə, ona haqq etdiyi hörməti göstərməməlidirlər".
Qeyd edək ki, Tottinin bütün karyerasını "Roma"ya bağlıdır. 2017-ci ildə butslarını mıxdan asan əfsanəvi futbolçu İtaliya millisində 58 oyun keçirib və 9 qol vurub. O, 2006-cı ildə dünya çempionu titulunu qazanıb.
Mirağa