Torrenti kimlər əvəzləyə bilər? - ADLAR

Torrenti kimlər əvəzləyə bilər? - ADLAR

"Qalatasaray"ın baş məşqçisi Domenek Torrent "Alanyaspor"la oyundan (1:1) sonra tənqidlərə və təzyiqlərə tuş gəlib. Növbəti "Kayserispor" qarşılaşmasında İstanbul təmsilçisinin oyunu rəhbərliyi qane etməzsə, klub onunla yollarını ayıra bilər. 

Fanat.Az xəbər verir ki, belə bir iddia ilə "Fotomaç" nəşri çıxış edib. Mənbənin sözlərinə görə, hətta boş qalacaq baş məşqçi postuna namizədlərin adları da bəllidir. Bunlar "Bakı" klubunun keçmiş baş məşqçisi Bülent Korkmaz və "Beşiktaş"ın sabiq çalışdırıcısı Sergen Yalçındır.

Xatırladaq ki, 24 turdan sonra "Qalatasaray" Türkiyə Super Liqasının 13-cü pilləsində qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər