Braziliya millisinin və "Real Madrid"in sabiq müdafiəçisi Roberto Karlos mövsümün sonunda "Yuventus"dan ayrılacağı dəqiqləşən Paulo Dibaladan danışıb.
Fanat.Az xəbər verir ki, ulduz veteranın argentinalı hücumçu barədə söylədiklərini DAZN belə çatdırıb:
"Dibala dünya səviyyəli oyunçudur. Top-klublar ona güvənməlidirlər. Amma heç kəs klub rəhbərlərinin nə düşündüklərini dəqiq deyə bilməz. Dibala əla hücumçudur. Belə futbolçular üçün qapılar həmişə açıq olmalıdır".
Nihat