Toni Adams Danimarka klubunda?

Toni Adams Danimarka klubunda?
"Qəbələ"nin idman direktoru Toni Adams karyerasını Danimarkada davam etdirə bilər. Fanat.az xəbər verir ki, belə bir iddia ilə "Evening Standart" nəşri çıxış edib.
İngiltərə yığmasının və London "Arsenal"ının canlı əfsanəsinin Danimarkanın "Bröndbü" klubunun baş məşqçisi vəzifəsinə dəvət aldığı bildirilir. Hətta tərəflər arasında bununla bağlı danışıqlar da olub. Amma böyük ehtimalla bu danışıqlar müsbət nəticələnməyəcək. Çünki Adamsın bu təklifi çox da isti qarşılamadığı qeyd olunur.
Başqa mənbələr isə Adamsın "Bröndbü"nün əsas yox, gənclər komandasından təklif aldığınl iddia edir. Onun köməkçiləri isə keçmiş İngiltərə Premyer Liqası oyunçuları - danimarkalı Daniel Aqqer və isveçli Yuhan Elmander ola bilər.
Qeyd edək ki, "Bröndbü"nün prezidenti Yan Bex Andersen ötən ay əvvəlki baş məşqçi Tomas Frankı azarkeş forumunda oğlunun hesabından istifadə edərək tənqid edib. Bu səbəbdən Frank istefa verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər